FAKTİKİ HAVA

15 Avqust 2023, 09:30

FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən avqustun 14-də ölkə ərazisində  isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu  Aran rayonlarında 42  dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında  40 dərəcəyədək yüksəlmişdir. 
 
Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4.0 dərəcə yüksək olmuşdur.  

Sinoptik şərait ilə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.