11 Avqust 2023, 17:00
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da 42 dərəcəyədək, aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda isə 34 dərəcəyədək yüksəlmişdir.