
11 Avqust 2023, 15:50
Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 11.08.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 11.08.2023-cü il tarixində yanğın indeksi Göygöl, Şəmkir, Daşkəsəndə orta, Gədəbəy, Tovuzda yüksək, Ağdam, Naftalan, Tərtər, Ağstafa, Gəncədə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 11.08.2023-cü il tarixində yanğın indeksi Şəki, Qax, Zaqatala, Balakəndə orta, Qəbələ, Oğuzda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə 11.08.2023-cü il tarixində yanğın indeksi Şahdağda orta, Qusar, Xızıda yüksək, Quba, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 11.08.2023-cü il tarixində yanğın indeksi İsmayıllı, Şamaxıda yüksək, Qobustanda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 11.08.2023-cü il tarixində yanğın indeksi Lerik, Astarada orta, Yardımlıda yüksək, Lənkəranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Qeyd: Avqustun 12-14-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim şərq küləyi əsəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.