FAKTİKİ HAVA

11 Avqust 2023, 09:30

FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 11-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.

Havanın maksimal temperaturu: Avqustun 10-da Bakıda iqlim normasından 5.0° yuxarı olub. Bakıda və Abşeron yarımadasında 37-40° isti (Maştağada 40°), Naxçıvan MR-da 37-42° isti (Şərur, Culfa, Ordubadda 42°), aran rayonlarında 38-42° isti (Hacıqabulda 42°, Zərdabda 41°, Sabirabad, İmişli, Yevlax, Bərdədə 40°), Gəncə-Qazax zonasında 37-40° isti (Ağstafada 40°), dağlıq rayonlarda 30-34° isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.