İstirahət günlərində (avqustun 05-06-da) milli parklarda gözlənilən hava şəraiti

04 Avqust 2023, 13:10

İstirahət günlərində (avqustun 05-06-da) milli parklarda gözlənilən hava şəraiti

Samur –Yalama milli parkı

Havanın arabir yağışlı keçəcəyi, 05-i gündüz 06-da əsasən yağmursuz olacağı gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-30°isti olacaq.

Altıağac milli parkı

İstirahət günlərində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq.

Ağgöl milli parkı

Ağgöl milli parkına yollanmaq istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-30° isti olacaq.

Qızılağac milli parkı

Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.

Göygöl milli parkı

Arabir leysan xarakterli, intensiv yağış yağacağı gözlənilir, 05-də gündüz, 06-da
əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti , gündüz 20-25° isti olacaq.

Şirvan milli parkı

Havanın sabit, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq.

Hirkan milli parkı

Cənub zonasına səyahət etmək istəyənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23°isti, gündüz 30-34° isti olacaq.