Faktiki hava

28 Mart 2021, 12:35

Faktiki hava

Martın 28-i saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 1-5 mm, Böyük Qafqazda: Oğuzda 20 mm, Qəbələdə 19 mm, Şəkidə 18 mm, Kişçayda (Şəki) 12 mm, Zaqatalada 11 mm, digər rayonlarda 2-8 mm, Kiçik Qafqazda: Ağdamda 23 mm (aylıq normanın 65 faizi), Daşkəsən, Gədəbəydə 10 mm, Göygöldə 9 mm, Naxçıvan MR-da: 3-8 mm, Qazax-Gəncə zonasında: Naftalanda 19 mm, Şəmkirdə 16 mm (aylıq normanın 57 faizi), Gəncədə 12 mm (aylıq normanın 63 faizi), Tovuzda 12 mm, Ağstafada 9 mm, Mərkəzi Aran rayonlarında: Göyçayda 22 mm (aylıq normanın 49 faizi), Tərtərdə 21 mm (aylıq normanın 78 faizi), Bərdədə 19 mm (aylıq normanın 71 faizi), Yevlaxda 16 mm (aylıq normanın 66 faizi), Zərdabda 16 mm (aylıq normanın 56 faizi), Kürdəmirdə 16 mm (aylıq normanın 46 faizi), Mingəçevirdə 16 mm (aylıq normanın 55 faizi), Beyləqanda 14 mm (aylıq normanın 49 faizi), İmişlidə 11 mm, Sabirabad, Cəfərxanda 10 mm, digər rayonlarda 2-7 mm, Lənkəran-Astara zonasında: Lənkəranda 16 mm, Yardımlıda 14 mm, digər rayonlarda 2-8 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 34 sm, Sarıbaşda (Qax) 26 sm, Gədəbəy, Daşkəsəndə 11 sm, Kişçayda (Şəki) 10 sm, Altıağacda 8 sm, Ağdərədə 6 sm, Göygöldə 4 sm, Xaltan, Qrızda 3 sm, İvanovkada (İsmayıllı) 2 sm olub.

Martın 27-si gün ərzində qərb küləyi arabir Biləsuvarda 22 m/s, Salyan, Neftçala, Ceyrançöldə 20 m/s, Tərtər, Naftalanda 18 m/s, Abşeron yarımadasında: Qum adasında 20 m/s, Neft Daşlarında 18 m/s, Çilov adasında 17 m/s, Pirallahı, Bakıda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.