
29 İyul 2023, 12:30
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 12:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı: Qusarda 10 mm, Xaçmazda 9 mm, Şəmkirdə 7 mm, Ağstafa, Qrız, Quba, Şahdağ, Tovuz, Balakən, Mingəçevir, Gəncə, Oğuz, Qaxda 5 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Gəncədə 28 m/s, Şabranda 24 m/s, Mingəçevirdə 22 m/s, Yevlaxda 21 m/s, Tovuz, Ağstafa, Tərtər, Bərdə, Şəmkir, Zərdab, Neftçala, Şəkidə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 28-32 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 30-u gündüzədək davam edəcək. İyulun 31-i və avqustun 01-də havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyi əsəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.