Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

28 İyul 2023, 15:30

Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi

Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 28.07.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 28.07.2023-cü il tarixində yanğın indeksi Göygöl, Daşkəsən, Gədəbəydə kiçik, Tovuzda orta, Gəncə, Naftalanda yüksək, Tərtər, Ağdam, Şəmkir, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Balakən-Şəki ( Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 28.07.2023-cü il tarixində yanğın indeksi Şəki, Oğuz, Qəbələ, Zaqatala, Balakəndə kiçik yanğın təhlükəsi növünə çatmışdır.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə 28.07.2023-cü il tarixində yanğın indeksi Şahdağ, Qusarda kiçik, Quba, Xızıda yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 28.07.2023-cü il tarixində yanğın indeksi İsmayıllıda kiçik, Şamaxı, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 28.07.2023-cü il tarixində yanğın indeksi Lerik, Astarada orta, Yardımlı, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Qeyd: İyulun 29-30-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.