
27 İyul 2023, 16:20
Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə 27.07.2023-cü il tarixində yanğın indeksi Şahbuz, Ordubad, Şərur, Naxçıvan, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə 27.07.2023-cü il tarixində yanğın indeksi Tovuzda kiçik, Gəncə, Naftalan, Tərtərdə yüksək, Ağdam, Şəmkir, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə 27.07.2023-cü il tarixində yanğın indeksi Şəki, Oğuz, Zaqatalada kiçik yanğın təhlükəsi növünə çatmışdır.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Qrız, Şahdağ, Xızı) bölgəsi üzrə 27.07.2023-cü il tarixində yanğın indeksi Xızıda orta, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə 27.07.2023-cü il tarixində yanğın indeksi İsmayıllıda kiçik, Şamaxı, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə 27.07.2023-cü il tarixində yanğın indeksi Lerik, Astara, Yardımlıda orta, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Qeyd: İyulun 28-30-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.