
25 İyul 2023, 10:00
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.
Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən, Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək, gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s-dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.