
15 İyul 2023, 11:00
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 15-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin iyulun 14-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı: Astarada 9 mm, Lerik, Yardımlıda 1 mm-dək olub.
Havanın maksimal temperaturu: İyulun 14-də Bakıda iqlim normasından 1.0 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 33 dərəcəyədək isti, Naxçıvan MR-da 36 dərəcəyədək isti, aran rayonlarında 37 dərəcəyədək isti, dağlıq rayonlarda 24 dərəcəyədək isti olub.