
10 İyul 2023, 17:30
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 17:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Dolu: saat 16:33-16:34 radələrində Daşkəsən rayonuna diametri 12 mm olan dolu düşüb.
Külək: şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Goranboyda 22 m/s, Şirvan, Göyçayda 20 m/s, Tərtərdə 18 m/s, İsmayıllı, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23-27 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 m-ə çatıb.