Hava şəraiti haqqında məlumat

09 İyul 2023, 12:00

Hava şəraiti haqqında məlumat

İyulun 08-də havanın temperaturu Bakıda iqlim normasından 6 dərəcə yüksək olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 40°-dək isti, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 32°-dək isti olub.

Bu gün iyulun 09-da da isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da və aran rayonlarında 35-40°, dağlıq rayonlarda isə 28-33°-dək isti olacağı gözlənilir.

İyulun 10-da ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5° aşağı enəcək. Əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34° isti, aran rayonlarında 32-37° isti, dağlarda 22-27° isti olacaq.