07 İyul 2023, 12:30
2023-cü ilin 3-7 iyul tarixlərində Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün İqlim Maliyyəsi Forumu keçirilir.
Tacikistan Respublikası Hökumətinin Ətraf Mühitin Mühafizəsi Komitəsi tərəfindən təşkil olunan Forum Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindən olan ekspertlərin və tərəfdaş qurumların iştirakı ilə iqlim maliyyəsinin səfərbər edilməsi, bu sahədə bilik, bacarıq və təcrübə mübadiləsinin artırılması məqsədilə keçirilir.
Sözügedən Forumda Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin müdiri Fuad Hümbətov ölkə adından təqdimatla çıxış edərək, ölkəmizdə Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələr Sənədinin icrası və yenilənməsi prosesi, habelə dekarbonizasiya və iqlim dayanıqlığı, Təkmilləşdirilmiş Şəffaflıq Formatı və karbon kredit mexanizmi barədə məlumat vermişdir.