02 İyul 2023, 11:15

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 02-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində iyulun 01-i axşamadək düşən yağıntının miqdarı Qobustanda 10 mm-dək, Astarada 8 mm-dək, Qrızda 6 mm-dək, Lerik, Ağdam, Sabirabad, Cəfərxan, Şamaxı, Oğuz, Qəbələ, İsmayıllı, Quba, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Neftçala, Lənkəran Biləsuvarda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
İyulun 02-də gecə və səhər əsasən yağmursuz keçib.

Duman: Qrız, Şahdağ, Biləsuvar, Salyan, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu: İyulun 01-də Bakıda iqlim normasından 2 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28 dərəcəyədək isti, Naxçıvan MR-da 35 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti, aran rayonlarında 31 dərəcəyədək isti olub.

İyulun 02-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə, Naxçıvan MR-da və aran rayonlarında 31-36 dərəcə, dağlıq rayonlarda isə 17-22 dərəcə isti olacaq.