27 İyun 2023, 15:15
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 14:00-a olan məlumatına əsasən Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Gədəbəydə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Saat 12:10 radələrində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib. Sel hadisəsi hal-hazırda davam edir.