Bayram və qeyri-iş günlərində Respublika ərazisində gözlənilən hava şəraiti haqqında məlumat

25 İyun 2023, 16:27

Bayram və qeyri-iş günlərində Respublika ərazisində gözlənilən hava şəraiti haqqında məlumat

İyunun 27-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda, 30-u və iyulun 01-də isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.


Temperatur rejiminin ölkə üzrə paylanması
Respublika üzrə ən yüksək temperatur Mərkəzi Aran, Qazax-Gəncə bölgəsində, Naxçıvan Muxtar Respublikasında 30-35° isti olacağı gözlənilir.
Nisbətən mülayim hava Balakən-Şəki, Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında 27-32° isti olacaq.
Daha sərin hava şəraitini sevən insanları cəlb edəcək Daşkəsən-Gədəbəy-Göygöl, Lerik-Yardımlı, Lənkəran-Astara, Quba-Qusarda 23-28°-dək isti olacaq.

Ayrı-ayrı bölgələr üzrə isə aşağıdakı məlumatlar təqdim olunur.

Balakən-Şəki rayonlarında
İyunun 27-dən iyulun 01-i axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Quba-Xaçmaz rayonlarında
İyunun 27-dən iyulun 01-i axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Şamaxı-İsmayıllı-Qəbələ rayonlarında
İyunun 27-dən iyulun 01-i axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Qazax-Gəncə rayonlarında
İyunun 27-dən iyulun 01-i axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Daşkəsən-Gədəbəy-Göygöl rayonlarında
İyunun 27-dən iyulun 01-i axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Lənkəran-Astara rayonlarında
Hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. Lakin iyulun 01-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Lerik-Yardımlı rayonlarında
Hava şəraiti sabit olacaq, əsasən yağmursuz keçəcək. Lakin iyulun 01-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 

Mərkəzi Aran rayonlarında
Sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin iyunun 30-u axşamdan iyulun 01-i  axşamadək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 


Bakıda və Abşeron yarımadasında
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. İyunun 28-i və 30-da arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu:

Şimal çimərliklərində:
(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində:
(Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.