
25 İyun 2023, 15:38
İstirahət günlərində (iyunun 26-dan iyulun 02-dək) milli parklarda gözlənilən hava şəraiti
İstirahət və bayram günlərində iyunun 26-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin 27-30-da gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Samur –Yalama milli parkı
İyunun 26-da hava şəraiti əsasən yağmursuz keçsə də, lakin iyunun 27-29-da gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-31° isti olacaq.
Altıağac milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin iyunun 27-29-da gündüz saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-23° isti olacaq.
Ağgöl milli parkı
Yağmursuz, sabit hava şəraiti gözlənilir. Gecə və səhər duman olacaq. Havanın temperaturu gecə 14-19° isti, gündüz 29-31° isti olacaq.
Qızılağac milli parkı
Hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 29-da gündüz, iyulun 01-02-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.
Göygöl milli parkı
Əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin 27-29-da gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 13-15° isti , gündüz 25-27° isti olacaq.
Şirvan milli parkı
Havanın sabit, mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 16-20 ° isti, gündüz 30-33° isti olacaq.
Hirkan milli parkı
Hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 29-da gündüz, iyulun 01-02-də gün ərzində arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 28-31° isti olacaq.