
24 İyun 2023, 12:00
Tvinninq layihəsi çərçivəsində “Beynəlxalq təcrübədə daşqınlar üzrə Erkən Xəbərdarlıq Sistemi” mövzusunda AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində keçirilmiş seminar haqqında
Cari ilin 23 iyun tarixində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı ikillik Tvinninq layihəsi çərçivəsində “Beynəlxalq təcrübədə daşqınlar üzrə Erkən Xəbərdarlıq Sistemi” mövzusunda seminar keçirilmişdir.
Seminarda Fransa Ekoloji Keçid Nazirliyinin Risk və şəhərsalma şöbəsinin rəhbəri, beynəlxalq ekspert cənab Julien Langumier tərəfindən seminar iştirakçıları üçün təqdimatlar edilmişdir.
Görüşün əsas məqsədi MHX-də daşqınların proqnozlaşdırılması, modelləşdirilməsi, habelə erkən xəbərdarlıq sisteminin effektiv qurulması üzrə maraqlı tərəflərin koordinasiyası istiqamətində müsbət beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.