20 İyun 2023, 21:47
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 20:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Qax, Şəki, Gəncə, Şahdağ, Naftalan, Naxçıvan, Tərtər, Yevlax, Mingəçevir, Şərur, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.
Sel: Göygöl rayonunun Sarısu kəndindən, Goranboy rayonu ərazisindən keçən Gorançay və Böylü qəsəbəsindən, Göygöl rayonu ərazisindən keçən Gəncəçaydan sel keçmişdir.
Dolu: Göygöl rayonunda saat 16:10-da xırda dənəli, Şərurda saat 17:55-17:58 radələrində diametri 5 mm olan dolu düşmüşdür.
Külək: Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatmışdır.