16 İyun 2023, 18:30

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Altıağac, Quba, Xınalıq, Qrız, Şahdağ, Neftçala, Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Sel: Saat 14:20 radələrində Göygöl rayonu ərazisindən keçən Kürəkçaydan sel keçib.
 
Külək: Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.