FAKTİKİ HAVA

16 İyun 2023, 14:35

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 14:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Neftçala, Xınalıq, Quba, Biləsuvar, Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Yağan leysan yağış nəticəsində saat 13:20 radələrində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 18-20 m/s-dək güclənib.