FAKTİKİ HAVA

15 İyun 2023, 21:44

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saat 21:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Balakən, Şəki, Qax, Şamaxı, Altıağac, Xaltan, Qrız, Qusar, Şahdağda
şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Külək: Şimal-qərb küləyi arabir Daşkəsəndə 25 m/s, Ağdamda 22 m/s, Mingəçevirdə 20 m/s, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15-20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.