
14 İyun 2023, 21:20
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 21:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Ağdam, Qəbələ, Şəki, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Ləzə, Şahdağ, Qrız, Neftçala, Salyan, İsmayıllı, Kürdəmir, Şamaxı, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Külək: Cənub-qərb küləyi arabir Salyanda 18 m/s-dək güclənib.
İsmayıllı rayonunda saat 17:29-17:30 radələrində diametri 0.5 mm olan dolu düşüb.