FAKTİKİ HAVA

14 İyun 2023, 18:30

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 14-ü saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Quba, Ləzə, Şahdağ, Sabirabad, Cəfərxan, İmişli, Neftçala, Lənkəran, Biləsuvar və Şuşa şəhərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
 
Saat 14:00 radələrində Şuşa şəhərinə dolu düşüb.
 
Yağan leysan yağışlar nəticəsində saat 12:05-12:20 radələrində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçay-Qaraqollar çayından sel keçmişdir.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Naftalanda 18 m/s-dək güclənib.