08 İyun 2023, 11:20
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətini iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı: Qaxda 19 mm, Ceyrançöldə 15 mm, Lerik, Şəkidə 12 mm, Qusar, Gədəbəy 8 mm, Balakən, Şahbuz, Göygöldə 6 mm, Astara, Oğuz, Zaqatala, Naftalan, Quba, Qrız, Mingəçevir, Yevlax, Gəncə, Daşkəsən, Tərtər, Yardımlı, Şəmkir, Ağdam, Qobustan, Şərur, Ordubad, İsmayıllı, Xaltan, Şahdağ, Bərdə, Göyçay, Zərdab, Kürdəmirdə 5 mm-dək olub.
08.06.2023 tarixində saat 08:00 üçün olan məlumata əsasən Zaqatala rayonunun Talaçay-Zaqatala məntəqəsindən sel keçmişdir.
08.06.2023 tarixində saat 09:00 üçün olan məlumata əsasən Zəyəmçay-Ağbaşlar və Bərgüşad-Əliquluuşağı məntəqələrində suyun səviyyəsində 5 sm, Gəncəçay-Zurnabadda 6 sm, Katexçay-Qəbizdərədə 14 sm, Əyriçay-Ağyazıda 102 sm, Qarasuçay-Zərdabda 128 sm artım qeydə alınmışdır.
Duman: Daşkəsən, Göygöl, Şəmkir, Qax, Qrız, Balakən, Lerikdə müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 09-u gündüzədək davam edəcək.