FAKTİKİ HAVA

03 İyun 2023, 23:50

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 3-ü saat 23:00-a olan məlumatına əsasən Ceyrançöl, Tovuz, Ağstafa, Daşkəsən, Şəmkir, Balakən, Şuşa, Laçında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Saat 15:00-15:10 radələrində Şuşa şəhərinə, Laçın rayonuna, saat 21:20-21:30 radələrində isə Tovuz rayonunun Əsrikçay Əsrikcırdaxan hidroloji məntəqəsinə xırda dənəli dolu düşüb.

Külək: Qərb küləyi Gəncədə 28 m/s, Ağstafada 20 m/s, Şəmkirdə 16 m/s-dək güclənmişdir.
 
Çaylarda nisbətən sabit sululuq müşahidə olunmuş, lakin Gürcüstan ərazisində Qabırrıçayın hövzəsinə yağan intensiv yağış nəticəsində Samux rayonu ərazisindən axan Qabırrıçay Kəsəmən avtomat hidroloji stansiyasında suyun səviyyəsi saat 08:00 ilə müqayisədə saat 23:30-da 1,18 m artıb. Gecə saatlarında çaydan sel keçməsi gözlənilir.