01 İyun 2023, 16:50
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 1-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29° isti, Naxçıvanda 23-27° isti, Aran rayonlarında 28-31° isti, dağlıq rayonlarda 23° isti, yüksək dağlıq ərazilərdə 12°-dək isti olub.