
12 Mart 2021, 16:22
FAKTİKİ HAVA
Martın 12-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində qarlı hava şəraiti davam edir.
Əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub.
Qərb küləyinin sürəti Neftçalada 32 m/s , Salyanda 22 m/s , Naftalanda 20 m/s , Tərtərdə 18 m/s , Sumqayıt, Qum adasında 21 m/s , Neft daşlarında 20 m/s , Bakı, Binə və Çilov adasında 18 m/s -dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.