
19 May 2023, 20:20
Odlar Yurdu Universitetində "İqlim dəyişmələri " mövzusunda maarifləndirici seminar keçirilib
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən Odlar Yurdu Universitetində "İqlim dəyişmələri " mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarda “İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri, Sendai çərçivəsi”, “Hava keyfiyyətinin qiymətləndirilməsi aləti kimi dispersiya modelləşdirilməsi”, “iqlim dəyişmələri və gender” mövzularında təqdimatlar müzakirə edildi.
Maraqlı tədbir Odlar Yurdu Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin fəal iştirakı ilə sual-cavab sessiyası formatında yekunlaşdı.
Seminarın sonunda Milli Hidrometeorologiya Xidmətinin rəhbərliyi tərəfindən xüsusi tərtib olunmuş hava sertifikatları Odlar Yurdu Universitetinin rəhbərliyinə təqdim olundu.