İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti

19 May 2023, 12:50

İstirahət günlərində (mayın 20-21-də) milli parklarda gözlənilən hava şəraiti

Samur–Yalama milli parkı

İstirahət günlərində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7 °isti, gündüz 13-16° isti olacaq.

Altıağac milli parkı

Havanın əsasən yağmursuz, mülayim keçəcəyi gözlənilir.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

Ağgöl milli parkı

Hava sabit, əsasən yağmursuz keçəcək. Lakin 21-də gecə və səhər arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 20-də axşam arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 20-23° isti olacaq.

Göygöl milli parkı

Fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

Şirvan milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 21-də gecə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Hirkan milli parkı