17 May 2023, 16:15
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 17-si saat 16:00-a olan məlumatına əsasən Şabran, Quba, Altıağac, Xaltan, Göygöl, Daşkəsəndə şimşək çaxıb, arabir yağış, Xınalıqda sulu qar yağıb. Bakıda və Abşeron yarımadasında da arabir yağış yağıb.
Külək: Şimal-qərb küləyi arabir Salyanda 23 m/s, Altıağacda 21 m/s, Neftçalada 20 m/s, Cəfərxanda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.