İstirahət günlərində (mayın 13-14-də) milli parklarda gözlənilən hava şəraiti

12 May 2023, 14:00

İstirahət günlərində (mayın 13-14-də) milli parklarda gözlənilən hava şəraiti

Samur–Yalama milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 13-ü gündüz, 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6 °isti, gündüz 6-9° isti olacaq.

Altıağac milli parkı

Havanın əsasən yağmursuz keçəcəyi, lakin 13-ü gündüz, 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq.

Ağgöl milli parkı

Fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq.

Qızılağac milli parkı

Hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 14-də gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər duman olacaq.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq.

Göygöl milli parkı

Hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti , gündüz 7-9° isti olacaq.

Şirvan milli parkı

Fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq.
Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.

Hirkan milli parkı

Hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 14-də gündüz əsasən yağmursuz olacaq.Gecə və səhər duman olacaq.
Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq.