09 May 2023, 16:05

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 09-na olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Gədəbəydə dolu düşüb.
 
Düşən yağıntının miqdarı: Şəkidə 11.0 mm, Gədəbəydə 5.0 mm, Qaxda 4.0 mm, Mingəçevir, Daşkəsən, Göygöl, Yevlax, Maştağa, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Tovuz, Ağdam, Oğuz, Zaqatala, Quba, Qusar, Xaltan, Şahdağ, Tərtərdə 1.0-3.0 mm olub.

Dolu: Mayın 08-də 17:35-17:43 radələrində Gədəbəy rayonunda diametri 8 mm olan, rayonun Söyüdlü, Pirbulaq-Ərtəpə kəndlərinə dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ceyrançöl, Mingəçevir, Şərurda 16 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.4 metrə çatıb.
 
Havanın temperaturu: Mayın 08-də iqlim norması daxilində olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-23° isti, Naxçıvanda 25-29° isti, dağlıq rayonlarda 15-20° isti, aran rayonlarında 25-29° isti olub.