05 May 2023, 20:00

“Erkən Xəbərdarlıq hamı üçün” (Early Warnings For All Initiative) devizi altında maarifləndirici tədbirlər davam etdirilir

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində Bakıda fəaliyyət göstərən Landau məktəbinin şagirdləri ilə ekoloji maarifləndirmə xarakterli görüş keçirilib.
 
Şagirdlər hidrometeorologiya muzeyində bu sahənin tarixi ilə tanış olmuş, Situasiya Mərkəzini ziyarət etmiş, onlara mərkəzin fəaliyyəti, erkən xəbərdarlıq sisteminin funksiya və tərkib elementləri, müasir hidrometeoroloji cihazlar, radar sistemi, ölkənin hidrometeoroloji şəbəkəsi və qlobal iqlim dəyişmələrinin neqativ təsirləri haqqında xidmətin mütəxəssisləri tərəfindən ətraflı məlumatlar verilib.
 
Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və sual-cavab sessiyası ilə yekunlaşıb.