FAKTİKİ HAVA

03 May 2023, 10:48

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.


Qar örtüyünün hündürlüyü:  Şahdağda 8 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm olub.


Düşən yağıntının miqdarı: Qəbələdə 53.0 mm(aylıq normanın 44 %-i), İsmayıllıda 22.0 mm (aylıq normanın 18 %-i), Zərdabda 18.0 mm (aylıq normanın 49 %-i), Göyçayda 18.0 mm(aylıq normanın 29 %-i), Qobustanda 17.0 mm, Şamaxıda 13.0 mm, Qrızda 11.0 mm, Oğuz, Şəki, Kürdəmirdə 9.0 mm, Ağdamda 8.0 mm, Ordubad, Ağsu, Qaxda 7.0 mm, Şahbuz, Gədəbəydə 5.0 mm, Lerik, Şahdağ, Xaltanda 4.0 mm, Altıağac, Naxçıvanda 3.0 mm, Qubada 2.0 mm, Lənkəran, Astara, Yardımlı, Biləsuvar, Qusar, Göygöl, Tərtər, Yevlax, Sabirabad, Neftçala, Göytəpədə 1.0 mm-dək olub.

Külək: Mayın 02-də şimal-qərb küləyi arabir Naxçıvan, Ceyrançöldə 18 m/s, Şəmkirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü  2.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 14-16° isti, Naxçıvanda
12°-dək isti, dağlıq rayonlarda 4-8° isti, yüksək dağlıq ərazilərdə 4°-dək şaxta, aran rayonlarında 11-15° isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 04-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.