01 May 2023, 21:01
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 01-nə saat 20:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Salyan, Qobustan, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Maştağa, Binədə şimşək çaxıb, yağış yağıb, Şahdağda qar yağıb.
Dolu: Mayın 01-i saat 11:37-11:39 radələrində Tərtər rayonu ərazisində diametri 8 mm, saat 11:50-11:52 radələrində Tərtər rayonu Qarağacı, Qaradağlı, Qapanlı kəndlərinə 4-5 mm, saat 10:45 radələrində Şəki rayonu Kiş kəndinə 13 mm, saat 09:10-09:13 radələrində Şəkidə, saat 11:20-11:22 radələrində Gədəbəydə, saat 10:52 radələrində Vəlvələçay-Təngəaltıda (Quba) kiçik ölçülü dolu düşüb.
Külək: Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib.
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin mayın 04-ü axşamadək davam edəcəyi gözlənilir. Mayın 02-də Bakıda və Abşeron yarımadasında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.