
30 Aprel 2023, 18:20
FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin aprelin 30-u saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar, Rusbarisi kəndlərindən sel keçib, Gorançayın aşağı axınında çayın səviyyəsində artma müşahidə olunmuşdur.
Dolu: saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar, Borsunlu və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, Erkəç-mənəş, Gürzalllar, Rus Borisi kəndlərinə, saat 15:38-15:51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15:13 radələrində 1,2 mm, 17:50 radələrində Şəki şəhərinə dolu düşüb.