
28 Aprel 2023, 16:30
İstirahət günlərində (aprelin 29-30-da) milli parklarda gözlənilən hava şəraiti
Samur –Yalama milli parkı
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 30-da axşam arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, 30-da axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 °isti, gündüz 15-18° isti olacaq.
Altıağac milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u axşam arabir yağıntılı olacağı gözlənilir.
Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, 30-da axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-17° isti olacaq.
Ağgöl milli parkı
Hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin 30-da axşam yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 21°-dək isti olacaq.
Qızılağac milli parkı
Havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 30-da gündüz çiskin olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 21-26° isti olacaq.
Göygöl milli parkı
Havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında yağış yağacağı gözlənilir.
Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək, 30-da axşam arabir güclənəcək.
Havanın temperaturu gecə 6-10° isti , gündüz 15-18° isti olacaq.
Şirvan milli parkı
Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 24-27° isti olacaq.
Hirkan milli parkı
Havanın temperaturu gecə 12-15° isti, gündüz 21-26° isti olacaq.