
25 Aprel 2023, 19:00
25 aprel 2023-cü il tarixində Milli Hidrometeorologiya Xidmətində Avropa İttifaqının dəstəyi ilə 01 sentyabr 2022-ci il tarixidən icra olunan “Azərbaycan Respublikasında hidrometeorologiya və iqlim sahəsində xidmətlərin gücləndirilməsi” adlı Tvinninq layihəsini icra edən beynəlxalq ekspertlər qrupu ilə görüş keçirildi.
Görüşdə Tvinninq layihəsinin Üzv Dövlət Layihə rəhbəri Harri Pietarilaili ilə yanaşı Fransadan olan kiçik Üzv Dövlətin Layihə rəhbəri Yannick Pochon, Rezident Tvinninq Müşaviri Ljubov Liman, o cümlədən, layihənin təqdimatı üzrə missiya eksperti Neringa Vilutytė və Benefisiar ölkədən 3-cü komponentin rəhbəri Mircavad Seyfilli iştirak etdilər.
Görüş zamanı layihənin icra vəziyyəti və gələcək planları ilə bağlı müzakirələr aparıldıqdan sonra 26 aprel 2023-cü il tarixində nəzərdə tutulan İcraedici Komitə iclası ilə bağlı məsələlər müzakirə edildi. Qeyd edildi ki, iclas zamanı layihənin fəaliyyətləri və iş planı müzakirə ediləcəkdir.
Eyni zamanda iclasın gedişi barədə və 27 apreldə keçiriləcək layihə çərçivəsində müşahidə şəbəkəsinin qiymətləndirilməsi üzrə nəticənin əldə olunmasına dair seminarın videoçarxları missiya eksperti Neringa Vilutytė tərəfindən hazırlanacaqdır. Burada əsas məqsəd Hidrometeorologiya Xidmətinin fəaliyyəti və layihə barədə Azərbaycan əhalisinin daha aydın şəkildə və dəqiq məlumatlandırılmasıdır.
Görüşdə eyni zamanda milli və regional səviyyədə məlumat mübadiləsinin təşkili sahəsində layihə çərçivəsində fəaliyyətin planlaşdırılması ilə bağlı məsələlər müzakirə olundu.
Harri Pietarila Finlandiya Meteorologiya İnstitutunun Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını və onlara erkən xəbərdarlıq sahəsində dəstək göstərdiklərini və regional əməkdaşlıq sahəsində Azərbaycana da dəstək göstərə biləcəklərini vurğuladı.