FAKTİKİ HAVA

21 Aprel 2023, 10:46

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 21-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-si axşamdan bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Yağan yağıntının miqdarı: Şərur, Ordubad, Sədərəkdə 6.0 mm, Şahbuzda 4.0 mm, Tovuz, Gədəbəydə 3.0 mm, Balakən, Zaqatala 2.0 mm, Ceyrançöl, Naxçıvan, Şahdağ, Daşkəsəndə 1.0 mm-dək olub.

Külək: Aprelin 20-də cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

Duman: Sumqayıt, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunub.

Havanın temperaturu: aprelin 20-də Bakıda iqlim normasından 3.5° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18-23° isti, Naxçıvanda 27°-dək isti, dağlıq rayonlarda 11-16° isti, aran rayonlarında 22-27° isti olub.

Aprelin 21-i şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı, 22-23-də gündüz saatlarında isə əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.