20 Aprel 2023, 12:20
Milli Hidrometeorologiya Xidmətində İsrail Dövlətinin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri ilə görüş keçirilmişdir
Cari ilin 18 aprel tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri c-b Adam Şalimtzek ilə görüş keçirilmişdir.
Görüşdə MHX-nin rəis müavini, rəis səlahiyyətlərini icra edən Rafiq Verdiyev, Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, şöbə müdiri səlahiyyətlərini icra edən Fuad Hümbətov və digər əməkdaşlar iştirak etmişdirlər.
Görüş zamanı Azərbaycan Respublikası ilə İsrail arasında dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa söykənən münasibətlərdən söz açılmışdır.
Bundan əlavə, görüş zamanı iki ölkə arasında əfraf mühitin mühafizəsi Sahəsində əməkdaşlığın reallaşdırılması istiqamətləri və konkret mövzular üzrə müzakirə həyata keçirilmişdir.
Ölkəmizə ilk dəfə səfər etdiyini bildirən c-b Adam Şalimtzek məmnunluq hissi ilə iki ölkə arasında su ehtiyatlarının mühafizəsi, iqlim dəyişmələri sahəsində əməkdaşlığın genişləndirilməsi yolları barədə bəhs etmiş, öz ölkəsinin bu sahədə nailiyyətləri barədə söz açmışdır.
Görüşdə mitiqasiya və adaptasiya tədbirlərin effektivliyi, meşə yanğınlarının profilaktikasının modelləşdirilməsi, tullantı suların təmizlənməsi, su ehtiyatlarının idarə edilməsi və digər mövzular ətrafında fikir mübadiləsi və gələcək əməkdaşlıq mövzuları müəyyən edilmişdir.
Eyni zamanda, son zamanlarda Xəzər dənizində və Ölü dənizdə suyun səviyyəsinin aşağı enməsi kimi ortaq problemlər və onların həlli yolları müzakirə edilmişdir.