11 Aprel 2023, 16:45
Qərb Regional Hidrometeorologiya Mərkəzində Xarici dillər məktəb liseyinin şagirdləri ilə görüş keçirilmişdir
11 aprel 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Qərb Regional Hidrometeorologiya Mərkəzində Gəncə şəhəri M.Mehdizadə adına 4 nömrəli Xarici dillər məktəb liseyinin şagirdləri ilə görüş keçirilmişdir.
Görüş zamanı şagirdlərə Hidrometeorologiya sahəsi haqqında məlumat verilmiş, həmçinin hidrometeoroloji stansiyanın iş fəaliyyəti və müşahidələrin aparılması ilə uşaqlar tanış olmuşlar.