08 Aprel 2023, 18:45
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aprelin 08-si saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Ağstafa, Tovuz, Gəncə, Şəmkir, Ceyrançöl, İsmayıllı, Oğuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Xınalıq, Ləzə, Şirvan, Qax, Qrız, Yevlaxda arabir yağış, Şahdağda isə qar yağıb.
Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq bir qədər artıb.
Avtomat hidroloji stansiyaların aprelin 08-i saat 17:00-a olan məlumatına əsasən saat 08:00-la müqayisədə Böyük Qafqazın ərazisindən axan Katexçay-Qəbizdərə məntəqəsində suyun səviyyəsi 11 sm, Qudiyalçay-Qımıl, Vəlvələçay-Afurca və Qaraçay-Rük məntəqələrində 1 sm, Kiçik Qafqazın ərazisindən axan Əsrikçay-Əsrikcırdaxan məntəqəsində 2 sm, Kür çayının Qıraqkəsəmən və Qabırrı çayının Kəsəmən məntəqələrində isə 1 sm artım müşahidə olunub.
Aprelin 08-i axşam saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi, 09-u gün ərzində ölkə ərazisində mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.