
02 Aprel 2023, 12:40
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb
Son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay-Sifidor, Viləşçay-Şıxlar, Təngərüdçay-Vaqo məntəqələrində suyun səviyyəsi 11-16 sm;
Böyük Qafqazın ərazisindən axan Əyriçay-Ağyazı və Vəlvələçay-Təngəaltı məntəqələrində 2-6 sm, Qarasuçay-Zərdab məntəqəsində 36 sm;
Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar, Kürəkçay-Toğana, Əsrikçay-Əsrikcırdaxan məntəqələrində 1-6 sm;
Qanıx çayının Cəlayir məntəqəsində 6 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 10 sm,
Kür-Surrada 37 sm, Kür-Şirvanda isə 4 sm artım müşahidə olunub.