01 Aprel 2023, 11:30

FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 01-nə olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.

Qar örtüyünün hündürlüyü: Şahdağda 22 sm, Lerik, Qrızda 15 sm, İsmayıllı, Qusarda 12 sm, Altıağac, Xaltanda 10 sm, Yardımlıda 9 sm, Gədəbəy, Şamaxı, Ordubadda 8 sm, Qəbələdə 5 sm, Daşkəsən, Göygöl, Qobustanda 4 sm, Qubada 3 sm, Naxçıvanda 2 sm, Şahbuzda 1 sm olub, Kəlbəcər, Laçında qar yağıb.

Yağan yağıntının miqdarı: Lənkəranda 51.0 mm (aylıq normanın 92%-i), Astarada 39.0 mm (aylıq normanın 62%-i), Lerikdə 26.0 mm (aylıq normanın 36%-i), İsmayıllı, Yardımlıda 16.0 mm, Qəbələ, Oğuzda 15.0 mm, Şahdağ, Balakən, Kürdəmirdə 14.0 mm (aylıq normanın 41%-i), Zaqatalada 13.0 mm, Ordubadda 12.0 mm (aylıq normanın 30%-i), Sədərək, Şərur, Qobustanda 12.0 mm, Şamaxı, Qrızda 11.0 mm, Zərdabda 10.0 mm (aylıq normanın 32%-i), İmişlidə 10.0 mm (aylıq normanın 34%-i), Neftçalada 10.0 mm (aylıq normanın 30%-i), Xaltanda 10.0 mm, Göyçay, Biləsuvar, Sabirabad, Beyləqan, Qusarda 8.0 mm, Ağsu, Gədəbəydə 7.0 mm, Quba, Şahbuz, Mingəçevirdə 6.0 mm, Gədəbəy, Yevlaxda 5.0 mm, Göygöl, Ağdam, Naxçıvanda 4.0 mm, Gəncə, Daşkəsəndə 3.0 mm, Tərtər, Ağstafa, Şəmkir, Naftalanda 2.0 mm, Ceyrançöl, Culfa, Tovuz, Qaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 28.0 mm (aylıq normanın 115%-i), Bakıda 25.0 mm (aylıq normanın 108%-i), Sumqayıtda 20.0 mm (aylıq normanın 88%-i), Binədə 20.0 mm (aylıq normanın 87%-i), Pirallahıda 19.0 mm-dək (aylıq normanın 98%-i) olub.

Külək: Şimal-qərb küləyi arabir Ordubadda 22 m/s, Şahbuzda 18 m/s, Naxçıvan, Şirvan, Biləsuvarda 16 m/s, Culfada 15 m/s, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 32 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.0 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 4° şaxtadan 4°-dək isti, dağlıq rayonlarda 5-10° şaxta, aran rayonlarında 5°-dək isti olub.