
31 Mart 2023, 18:30
FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 31-i saat 18:00-a olan məlumatına əsasən :
Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Qırız, Şahdağ, Yardımlı, Lerikdə qar;
Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir intensiv xarakterli yağış yağıb.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.