Gözlənilən hava şəraiti haqqında məlumat

26 Mart 2023, 12:45

Gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında 
 
Həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 27-si səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 7-11° isti, 16-21° isti olacaq. 
 
 
Azərbaycanın rayonlarında
 
Həftənin birinci günü, martın 27-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Martın 28-29-da havanın sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. 
 
Havanın temperaturu aran rayonlarında gecə 6-10° isti, 17-22° isti, dağlıq rayonlarda gecə 1° şaxtadan 4° -dək isti , 5-10° isti olacaq.