Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti

21 Mart 2023, 11:55

Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti

Qəbələ rayonunda

Bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. 
Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq.

Şahdağda

Arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.

İsmayıllı rayonunda

Arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq.

Lənkəran rayonunda

Arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq.

Şəki rayonunda

Arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir.
Gecə və səhər saatlarında duman olacaq.
Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.