07 Mart 2023, 15:30

Azərbaycanın çay hövzələrinin yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılmasına dair

Azərbaycan Respublikası çaylarında yaz-yay gursululuq dövrünün axımı, əsasən çay hövzələrində qış dövründə 1000-3500 metr yüksəklik zonasında toplanan qar ehtiyatları və yaz yağıntıları hesabına formalaşır.

2023-cü ilin mart ayının birinci yarısında ETSN-nin Milli Hidrometeorologiya Xidməti tərəfindən Böyük və Kiçik Qafqazın,  Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun  dağlıq  zonalarında 31, Naxçıvan MR ETSN-nin Hidrometeorologiya idarəsi tərəfindən isə 5 müxtəlif marşrutlar üzrə olmaqla ümumilikdə 36 marşrut üzrə qarölçmə işləri aparılması üçün 6 qrupdan ibarət ekspedisiya təşkil olunub.